Hindistanın baş naziri ABŞ-a səfər edəcəkbackend

Hindistanın baş naziri ABŞ-a səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın baş naziri Narendra Modi 21-24 iyun tarixlərində ABŞ-a səfər edəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Modi ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Baydendən rəsmi dövlət səfəri üçün dəvət alıb.

İyunun 22-də Ağ Evin bağçasında 21 silahlı topla başlayacaq qarşılanma mərasimi və dövlət şam yeməyindən bir gün əvvəl Modinin Bayden ailəsi ilə xüsusi şam yeməyi verəcəyi açıqlanıb.

Bayden cütlüyünün qarşılanması zamanı 7000-dən çox hindistanlı amerikalı da Modi ilə Ağ Evdə və sarayın yaxınlığındakı Lafayette Parkında görüşməyi planlaşdırır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, səfər zamanı Bayden və Modinin birgə mətbuat konfransı keçirib-keçirməyəcəyi aydın deyil.

Modi ABŞ təmasları çərçivəsində Vaşinqtondakı Con Kennedi Mərkəzində yüksək səviyyəli şirkət rəhbərləri ilə də görüşəcək.

İyunun 22-də ABŞ Konqresinin birgə iclasında çıxış etmək üçün Nümayəndələr Palatası və Senat tərəfindən dəvət edilən Modi ikinci dəfə ABŞ Konqresində çıxış edən ilk Hindistan baş naziri olacaq.