Hollandiyada “Mixailin baş mələkləri” könüllü birləşməsinin komandirinə sui-qəsd edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Noordhollands Dagblad” məlumat yayıb.
Hollandiyada “Mixailin baş mələkləri” könüllü birləşməsinin keçmiş qalmaqallı komandiri Mixail Maymana sui-qəsd edilib.
Nəşrin sözlərinə görə, ona 6 güllə atılıb, onlardan 3-ü hədəfinə dəyib.
Mayman yaralanıb, vəziyyəti ağır olaraq xəstəxanadadır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, atıcı cinayətdən sonra dağ velosipedi ilə hadisə yerini tərk edib.
Xatırladaq ki, “könüllü” və könüllü batalyonlardan birinin keçmiş rəhbəri humanitar yardımın oğurlanması və qeyri-qanuni maddələrin ticarətində iştirakı ilə bağlı bir sıra səs-küylü hekayələrdən sonra Ukraynadan qaçıb.
Xuraman Etibarlı
İnterpress.az