Hollivud ulduzunun İNANILMAZ ŞƏRTLƏRİ: Kassa gəlirlərindən faiz və 80 milyon dollar MAAŞbackend

Hollivud ulduzunun İNANILMAZ ŞƏRTLƏRİ: Kassa gəlirlərindən faiz və 80 milyon dollar MAAŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robert Dauni kiçik “Qisasçılar”ın yeni filmindəki lüks şərtləri ilə heyran edib: Onun üçün xüsusi “şəhərcik” salınacaq

İnterpress.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.

Məşhur Hollivud aktyoru Robert Dauni kiçik “Qisasçılar: Qiyamət günü” filminin çəkilişləri zamanı əldə etdiyi inanılmaz imtiyazlar və lüks şərtlərlə dünya mətbuatının gündəmini zəbt edib.

Verilən məlumata görə, aktyorun filmdəki iştirakı üçün müqaviləyə əsasən ona 80 milyon dollar (təxminən 136 milyon manat) baza maaşı təyin edilib. Bununla yanaşı, o, filmin qlobal kassa gəlirlərindən də xüsusi bonus əldə edəcək.

Aktyor üçün çəkiliş meydançasında “Downey Land” adlandırılan ayrıca xüsusi qorunan treyler şəhərciyi salınacaq.

Onun istirahəti üçün daxili interyeri tamamilə fərdiləşdirilmiş lüks “ulduz vaqon” treyleri hazırlanacaq.

Dauni həmçinin ssenari və özünün replikaları üzərində yaradıcı təsir imkanlarına sahib olacaq. Aktyorun təhlükəsizliyi və rahatlığı üçün o, şəxsi sürücü ilə təmin olunmuş zirehli yolsuzluq avtomobili ilə hərəkət edəcək.

Bundan əlavə, ona montaj olunmuş səhnələrin rəy bildirməsi üçün şəxsi və qapalı nümayişləri təşkil olunacaq.

Ekspertlər bu şərtlərin müasir Hollivud tarixində bir aktyora verilən ən genişmiqyaslı və lüks imtiyazlar paketi olduğunu bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az