Honq-Konqda tayfun xəbərdarlığı: Məktəblər və birja müvəqqəti bağlanıbbackend

Honq-Konqda tayfun xəbərdarlığı: Məktəblər və birja müvəqqəti bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsində bu gün gözlənilən “Təlim Tayfunu” səbəbindən məktəblər və birja müvəqqəti bağlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bu gün bölgədə təsirli olacağı gözlənilən Talim Tayfunu ilə əlaqədar bəzi tədbirlər açıqlanıb.

Tədbirlər çərçivəsində məktəblər və birja müvəqqəti bağlanıb. Bərə reyslərinin dayandırıldığı, 16-ya yaxın reysin ləğv edildiyi bölgədə 100-dən çox insan müvəqqəti sığınacaqlara aparılıb.

Honq Konq Rəsədxanası tayfun səbəbiylə 5 dərəcəli xəbərdarlıq sistemində xəbərdarlıq səviyyəsini 3-ə qaldırıb.

Meteoroloqlar küləyin sürətinin saatda 140 kilometrə çata biləcəyini və tayfunun Honq-Konqdan 300 kilometr cənub-qərbdə təsirli olacağını bildirib.

Digər tərəfdən, Çin Milli Meteorologiya Mərkəzi qasırğanın Quanqdonq və Hainan əyalətlərinin sahil zolağına düşməsinin gözlənildiyini açıqlayıb.

Sakinlərə sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib.