Husilərin hücumunda həlak olan Bəhreyn əsgərlərinin sayı 3-ə yüksəlibbackend

Husilərin hücumunda həlak olan Bəhreyn əsgərlərinin sayı 3-ə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəhreyn bir gün əvvəl husilərin Yəmən sərhədində həyata keçirdiyi hücumda yaralanan Səudiyyə Ərəbistanının daha bir əsgərinin öldüyünü açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bəhreynin rəsmi agentliyi BNA-nın xəbərinə görə, Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığı məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada husilərin 25 sentyabrda Yəmən sərhədində Səudiyyə Ərəbistanı ərazisinə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumda yaralanan əsgərin həyatını itirdiyi qeyd edilib.

Bununla da husilərin hücumunda həlak olan bəhreyn əsgərlərinin sayı 3-ə yüksəlib.

Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığının verdiyi məlumata görə, sentyabrın 25-də husilərin Yəmən sərhədində Səudiyyə Ərəbistanı ərazisində ərəb koalisiya qüvvələrinin tərkibində xidmət edən bəhreyn əsgərlərinin mövqelərinə PUA-nın hücumu nəticəsində 2 əsgər şəhid olub, bəzi əsgərlər yaralanıb.

Açıqlamada husilərin hücumunun “Yəməndə müharibə edən tərəflər arasında hərbi əməliyyatların dayandırılmasına baxmayaraq” baş verdiyi vurğulanıb.