“İçərişəhər” Muzey Mərkəzi auditor seçirbackend

“İçərişəhər” Muzey Mərkəzi auditor seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İçərişəhər” Muzey Mərkəzi beynəlxalq maliyyə standartlarına uyğun 2019-cu il üçün illik audit yoxlamasının satın alınması üzrə açıq tender elan edib.

İnterpress.az-ın məlumatına görə, bu barədə Tender Komissiyasının dərc etdiyi məlumatda deyilir.

Auditor yoxlaması gedişində sifarişçinin təsis sənədlərinin ekspertizası, müəssisə nizamnaməsinin qüvvədə olan qanunvericiliyə müvafiqliyinin yoxlanması, tədarükçü və alıcılarla malların alınması və tədarükü (işlər, xidmətlər) müqavilələrinin, hüquqi və fiziki şəxslərlə podrat müqavilələrinin, fiziki şəxslərlə əmək müqavilələrinin qanunvericiliyə müvafiqliyi baxımından ekspertizası, lokal normativ aktların qüvvədə olan qanunvericiliyə müvafiqliyinin ekspertizası, podrat şirkətlərlə kommunal resursların tədarükünü həyata keçirən müəssisələr arasında qarşılıqlı müqavilə münasibətlərinin təhlili, müəssisənin uçot siyasətinin təhlili, mühasibat uçotunun registrlərinin yoxlanması, təqdim edilmiş ilkin sənədlər əsasında smetanın yerinə yetirilməsinin təhlili, ilkin mühasibat sənədlərinin seçməli ekspertizası, səhvlərin düzəldilməsi üzrə tövsiyələrin verilməsi, pul vəsaitlərinin auditi, adi fəaliyyət növləri üzrə gəlir və çıxarların və digər mədaxil və məxariclərin uçotunun düzgünlüyünün təhlili və s. məsələlər həll olunur.  

Tenderdə iştirak etmək istəyənlər sənədlərini avqustun 17-dək, tender təkliflərini isə avqustun 25-dək təqdim etməlidirlər. Tenderdə iştirak haqqı 150 manat təşkil edir.

Təkliflər zərfləri avqustun 26-da açılacaq.

 

İnterpress.az