Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatında kadr təyinatı olub.
İnterpress.az xəbər verir ki, bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb.
Sərəncamla Xəlilova Xumarə Elşad qızı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsinə təyin olunub.