İcra başçısının İNANILMAZ SƏRVƏTİ – Üç ildə 3 milyon xərclədiyi avtomobilləri… – İLGİNC FAKTbackend

İcra başçısının İNANILMAZ SƏRVƏTİ – Üç ildə 3 milyon xərclədiyi avtomobilləri… – İLGİNC FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin 3 milyonluq maşın parkı var”.

Yenicag.az xəbər verir ki, bu barədə bloger Mehman Hüseynovun apardığı araşdırmada bildirilib.

Blogerin araşdırmasını təqdim edirik:

“Adil Vəliyevin aylıq əmək haqqısı 1000 manatdır və o, bu vəzifəyə təyinat almazdan öncə isə “Porshe Azərbaycan”ın rəhbəri olub.

Vəliyevlər ailəsinin də digər məmurlar kimi, avtomobil nömrələrinə xüsusi həssaslığı var və onlar da özləri üçün dövlət nömrə nişanı seçiblər. Bu rəqəmlər isə 0,7, 8-dən ibarətdir.

Adil Vəliyev 2012-ci ildən icra başçısıdır. Həmin müddətdən bəri onun və ailə üzvlərinin olduqca bahalı maşın kolleksiyası var. Bu kolleksiyaya daxil olan və ona məlum olan avtomobillərin dəyəri isə 3 milyon manat civarındadır.

Həmin avtomobillərin siyahısı:

– Adil Vəliyevin xidməti maşını “AUDİ A8”, dövlət nömrə nişanı 10-AA-818-dir.

– İcra başçısının şəxsi maşını 10-AA-078 nömrə nişanlı “Porsche Panamera Turbo”, qiyməti 200.000 manatdır.

– Adil Vəliyevin oğlu Ənvər Vəliyev isə hələ 2014-cü ildə qiyməti 250.000 manat olan 10-YY-078 dövlət qeydiyyat nömrəsi ilə “PORSCHE 911 Turbo S” markalı maşın sürürdü.

2015-ci ildə başçının oğlu maşınını dəyişirərək,  qiyməti 150.000 manat olan 10-AL-078 dövlət nömrəsi ilə “PORSCHE 911” markalı maşın sürür.

2018-ci ildə Ənvər Vəliyev özünə 10-FF-078 dövlət nömrəsi ilə 450.000 manatlıq “Ferrari Berlinetta” alır.

İcra başçısının oğlu 2021-ci ildə Bakıya təzə gətirilmiş, qiyməti 500.000 AZN olan 10-OO-078 dövlət nömrəsi ilə “FERRARi Berlinetta F12” sürür”.

Həmin araşdırmaya görə, icra başçısının oğlu Ənvər Vəliyev bu illər ərzində özünə 4 müxtəlif maşın alıb:

“Təkcə oğlunun maşınlara xərclədiyi pul 1.350.000 manat edir. İcra başçısı da 200.000 manatlıq “PORSCHE” markalı şəxsi maşın olduğunu nəzərə alsaq, bu cəmi 1.550.000 manat deməkdir”.

Araşdırmada Adil Vəliyevin digər ailə üzvlərinin də idarə etdikləri avtomobillərin qiyməti ilə bağlı məlumat qeyd edilib.

Bildirib ki, digər ilə üzvlərinin xoşladığı dövlət nömrə nişanı isə 90 HH 900-dür:

“2014-cü ildə icra başçısının ailəsinə məxsus olan 90-HH-900 nömrəsi, onlara məxsus olan qiyməti 200.000 manatlıq “PORSCHE Panamera Turbo” markalı maşının, 2016-cı ildə qiyməti 400.000 manat olan “PORCHE Cayenne Mansory” markalı maşının, 2017-ci ildə isə qiyməti 360.000 manat olan “PORSCHE Cayenne Turbo” markalı maşının üstündə olub”.

Bu isə o deməkdir ki, Vəliyevlər 3 il ərazində 3 ədəd yeni avtomobil almaqla, buna 1 milyon manat pul xərcləyiblər.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az