İİranın təzə FIRILDAĞI – “SEHRLİ ALMA”- VİDEObackend

İİranın təzə FIRILDAĞI – “SEHRLİ ALMA”- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanda İrandan alma adı ilə gətirilən narkotik maddə aşkarlanıb.

Türkmənistan gömrüyü İrandan gələn yük maşınını yoxlayarkən almanın içərisində uyuşdurucu maddə sayılan metamfetamin aşkarlayıb.

Qara bazarda “şüşə”, “patı” kimi də tanınan metamfetamin psixiatrik, mərkəzi sinir sistemini pozan və asılılıq yaradan maddə sayılır.

İranın narkotik qaçaqmalçılığı etməsi ilə bağlı İlham Əliyev MDB zirvə toplantısında da danışıb: “30 ildir ki, İran Ermənistanla əlbir olaraq keçmiş işğal altındakı torpaqlarımızdan Avropaya narkotik qaçaqçılığı üçün istifadə edirdi”.

O bildirib: “İran və Azərbaycanın başqa sərhədlərində tərəfimizdən tutulan heroinin həcmi ötən ilə nisbətən iki dəfə artıb. Bu isə o deməkdir ki, İran Ermənistanla birgə 30 ilə yaxın Azərbaycanın işğal altındakı ərazilərindən Avropaya narkotik maddə daşıyıb. İşğal dövründə mən dəfələrlə demişdim ki, işğal edilmiş torpaqlarımız narkotik qaçaqmalçılığı və beynəlxalq terrorçuların yetişdirilməsi üçün istifadə olunur. Bu gün bu, sübuta yetirilmiş həqiqətdir”.

İran bunu inkar etsə də, fakt göz qabağındadır.

Türkmənistan gömrüyündən həmin görüntüləri təqdim edirik: