Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda iki ailə arasında baş verən davada biri polis olmaqla 8 nəfər yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Mustafa Kamal səmtindəki Özlem Sokakda iki ailə arasında dava düşüb.
Əraziyə çox sayda tibbi yardım və polis cəlb edilib.
Dava edənləri ayırmağa çalışan polis əməkdaşı yaralanıb.
Yaralılar xəstəxanaya aparılıb.