Kolumbiyada mayın 1-də içərisindəki 7 nəfərlə qəzaya düşən təyyarədəki 4 uşaq sağ tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qalıqları ötən gün tapılan təyyarədən sağ çıxanlar arasında 11 aylıq körpənin də olduğu məlum olub.
Qəzaya uğrayan təyyarədə möcüzə nəticəsində sağ qalan 11 aylıq körpə meşədə aşkar edilib.
13 yaşlı Lesli Bonbaire, 9 yaşlı Soleiny Ranoque, 4 yaşlı Tien Ronoque və 11 aylıq körpə Cristian Ranoque-un qəzadan necə sağ çıxması və 17 gün sağ qalması ilə bağlı təfərrüatlar bildirilməyib.
Məlumatda bacıların ən böyüyü Leslinin kiçik qardaşlarını yaşatmaq üçün meşədə müvəqqəti sığınacaq qurduğu qeyd edilib.
Dünən ölkənin cənubundakı meşələrdə qalıqları tapılan kiçik təyyarədə olan daha 4 nəfərin cəsədi aşkarlanıb. Quaviare inzibati bölgəsinin San Xose şəhərində qəzaya uğradığı güman edilən kiçik HK 2803 təyyarəsində 7 nəfərin olduğu bildirilib.






