İkinci Qarabağ müharibəsinin ilk günündə işğaldan azad edilən ərazilər – SİYAHI + VİDEObackend

İkinci Qarabağ müharibəsinin ilk günündə işğaldan azad edilən ərazilər – SİYAHI + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Vətən müharibəsinin başlanmasının ikinci ildönümüdür.

Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatının birinci günündə işğal altındakı altı ərazi azad edilib.

Azərbaycan Ordusu üç istiqamətdə – Füzuli, Cəbrayıl və Kəlbəcər – müharibənin ilk uğurunu qazandı.

Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan təmizləndi.

Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyuldu.

Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edildi.