İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir”backend

İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir.

“İnterpress.az” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı söyləyib.

Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.