İlham Əliyev: “Karbohidrogen ehtiyatlarının nəqli marşrutları Xəzər regionundakı ölkələrə daha yaxşı inteqrasiya olunma imkanı yaradacaq”backend

İlham Əliyev: “Karbohidrogen ehtiyatlarının nəqli marşrutları Xəzər regionundakı ölkələrə daha yaxşı inteqrasiya olunma imkanı yaradacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hesab edirəm ki, karbohidrogen ehtiyatlarının nəqli üçün istismarda olan marşrutlar Xəzər regionunun bütün ölkələrinə daha inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcək”.

Bu fikirləri Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Azərbaycanın Türkmənistan ilə əməkdaşlığının uzun tarixi olduğunu vurğulayan dövlət başçısı qeyd edib:

“Bu gün Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir. Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb”.