İlham Əliyev: “Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayıb və bu, qardaş ölkə mövqeyidir”backend

İlham Əliyev: “Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayıb və bu, qardaş ölkə mövqeyidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.

Hazırda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə gedən danışıqlarla bağlı Baş nazirə məlumat verdiyini deyən dövlət başçısı qeyd edib: “Bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir, artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır”.