Tesla-nın baş direktoru və Twitter-in sahibi İlon Mask süni intellekt sahəsində özünün yeni xAI startapını yaratdığını elan edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nəşrin məlumatına görə, “DeepMind”, “Google” və “Microsoft”un keçmiş əməkdaşları xAI-də çalışacaqlar.
Bununla belə, 2023-cü ilin martında İlon Mask müəllifləri ümumi təhlükəsizlik protokolları qurulana qədər süni intellekt üzərində işlərin ən azı 6 ay dayandırılmasını tələb etdiyi açıq məktubu 1000-dən çox mütəxəssislə birlikdə imzalayıb.