İlqar Mustafayev Bakı bulvarını şəxsi obyekti kimi idarə edirbackend

İlqar Mustafayev Bakı bulvarını şəxsi obyekti kimi idarə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dənizkənarı Bulvar İdarəsi son illər parkı açıq bazara çevirib, ayrıca “respublika” yaradıblar”.

İnterpress.az xəbər verir ki, bunu tanınmış QHT sədri, internet-media eksperti Səbuhi Abbasov deyib.

“Parkın rəisi İlqar Mustafayev Bakının mirvarisini şəxsi obyekti kimi idarə edir. Xaricdən qonaqlarım gəlmişdi, bulvarda kollektiv foto çəkdirəndə 2 mühavizəçi yaxınlaşdı, fotonu silməyimizi kobud şəkildə tələb etdi. Təbii ki, sildik, ancaq qonaqlarda yaranan təəccübü, təəssüfü silməyi bacarmadım. Dəfələrlə müsahibə verən və ya alan dostların da bu səpkidə haqlı şikayətlərini gördüm. Bu biabırçılıqdı, heç Şimali Koreyadakı parklarda belə qadağalar yoxdur. Bu adamın niyyəti nədir? Ölkəmizin müsbət imicini niyə bu formada “xərcləyir”? Anlamaq çətindir, ancaq buna son qoymaq, normal sistem yaratmaq lazımdır!”, – o bildirib.