Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci ildəki 5,1 % artımdan sonra 2023-cü ildə qlobal əmtəə və xidmət ticarətinin artımı ilə bağlı proqnozunu əhəmiyyətli dərəcədə azaldaraq 0,9 %-ə çatdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın hesabatında vurğulanıb.
“Bu il qlobal ticarət artımı proqnozu iyul ayı ilə müqayisədə 1,1 % bəndi azalıb. Eyni zamanda, 2022-ci ildə dünya mal və xidmətlərin ticarətinin həcmi 5,1 % artıb”, – IMF-nin ekspertləri qeyd ediblər.
Hesabatda bildirilib ki, 2024-cü ildə qlobal ticarət 3,5 % artacaq, bu isə, onun əvvəlki proqnozundan 0,2 faiz bəndi azdır.