İmran Xana sui-qəsd olubbackend

İmran Xana sui-qəsd olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

İnterpress.az “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Pakistan mətbuatı yazıb.

Hadisə nəticəsində sabiq hökumət başçısının ayağından yaralandığı bildirilib.

Məlumata görə, ondan başqa daha 4 nəfər də xəsarət alıb.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.