İndoneziya İrana məxsus neft tankerini ələ keçiribbackend

İndoneziya İrana məxsus neft tankerini ələ keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya qeyri-qanuni xam neft daşımaqda şübhəli bilinərək İrana məxsus neft tankerini ələ keçirdiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İndoneziya Sahil Mühafizəsi (Bakamla) iyulun 7-də qeyri-qanuni yollarla xam neft daşımaqda şübhəli bilinən İran bayraqlı “MT Arman 114” neft tankerini ələ keçirib.

Təxminən 272 min ton yüngül xam neft daşıyan İran tankerinin Kamerun bayraqlı “MT S Tinos” neft tankerinə qeyri-qanuni neft ötürdüyü və iki tankerin xəbərdarlıqlara baxmayaraq Malayziya ərazi sularına qaçmağa çalışdığı bildirilib.

Daha sonra Şimali Natuna dənizi yaxınlığında görünən İran bayraqlı neft tankerinin Malayziyanın köməyi ilə ələ keçirildiyi bildirilib.

Hamısı xarici ölkə vətəndaşı olan tankerin ekipaj üzvlərinin də saxlanıldığı da qeyd edilib.