İndoneziyada qayıq batıb: 15 nəfər ölüb, 19 nəfər itkin düşübbackend

İndoneziyada qayıq batıb: 15 nəfər ölüb, 19 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada qayığın batması nəticəsində 15 nəfər ölüb, 19 nəfər itkin düşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yerli axtarış-xilasetmə agentliyinin rəhbəri Məhəmməd Ərəfah qeyd edib ki, gecə yarısından dərhal sonra çevrilən qayıq Lanto kəndindən Sulavesidən cənub-şərqdə, Buton Mərkəzi bölgəsindəki Lagili kəndinə doğru gedirmiş.

Sözügedən sərnişin qayığının tutumundan artıq sərnişin daşıdığı üçün çevrildiyini bildirən Ərafa, qayıqda olan 15 nəfərin öldüyünü, 19 nəfərin isə itkin düşdüyünü bildirib.

Ərafa qeyd edib ki, xilasetmə qrupları indiyədək 6 nəfəri xilas edib, 19 nəfər itkin düşənlərin axtarışı davam edir.

20 nəfərlik taxta qayıqda 40 nəfərin olduğu açıqlanıb.