İndoneziyanın Natuna bölgəsində baş verən sürüşmədə ilk təsbitlərə görə 11 nəfər həyatını itirib, onlarla adamdan xəbər yoxdur.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəsmiləri güclü yağışlar nəticəsində Natunanın Serasan kəndində torpaq sürüşməsinin baş verdiyini açıqlayıb.
Rəsmilər sürüşmə zamanı kənddəki evlərin torpaq uçqununun altında qaldığını bildiriblər.
Axtarış-xilasetmə işləri zamanı 11 nəfərin cəsədinin tapıldığını bildirən səlahiyyətlilər, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.