İngiltərə Premyer Liqasında mövsümün ən zəif “11-liy”i açıqlanıbbackend

İngiltərə Premyer Liqasında mövsümün ən zəif “11-liy”i açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün ən zəif futbolçuldan ibarət komandası açıqlanıb.

ESPN-in versiyasına əsasən hazırlanmış siyahıda “Mançester Yunayted”in 6 oyunçusu yer alıb.

Seçim zamanı oyunlara tamaşaçı marağının aşağı səviyyədə olması, xərclənən vəsaitlə nəticələr arasındakı uyğunsuzluq və zədə amilləri əsas götürülüb.

Qapıçı: Kepa Arrisabalaqa (“Çelsi”)

Müdafiəçilər: Aaron Van-Bissaka, Rafael Varan, Harri Maquayr (hər üçü “Mançester Yunayted”), Xunior Firpo (“Lids Yunayted”)

Yarımmüdafiəçilər: Pol Poqba, Brunu Fernandeş (hər ikisi “Mançester Yunayted”), N Qolo Kante (“Çelsi”)

Hücumçular: Markus Reşford (“Mançester Yunayted”), Aleksandr Lyakazett (“Arsenal”), Romelu Lukaku (“Çelsi”)

Qeyd edək ki, İngiltərə Premyer Liqasında geridə qalan mövsümün qalibi “Mançester Siti” olub.