İngiltərədə 2 milyon 550 min insan uzun sürən sağlamlıq problemləri səbəbindən işləyə bilmirbackend

İngiltərədə 2 milyon 550 min insan uzun sürən sağlamlıq problemləri səbəbindən işləyə bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, 2 milyon 550 min insan uzunmüddətli sağlamlıq problemləri səbəbindən işləyə bilmir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, əmək qabiliyyətli əhalinin 6 faizini təşkil edən 2 milyon 550 min nəfər uzunmüddətli sağlamlıq problemləri səbəbindən yanvar-mart aylarını əhatə edən bu ilin birinci rübündə işləyə bilməyib.

Əvvəlki rüblə müqayisədə təxminən 100 min nəfər artan işsizlərin sayına təsir edən sağlamlıq problemləri arasında COVID-19 ilə əlaqəli virus infeksiyasından sonra yorğunluq və COVID-19-un tətiklədiyi digər xəstəliklər də yer alıb.

Gənclər arasında psixi sağlamlıq problemləri ön plana çıxsa da, son 3 ildə evdən işləmənin artması ilə xüsusilə boyun və baş bölgəsində görülən problemlər də sağlamlıq problemi olaraq göstərilib.