İngiltərədə nəşr olunan hesabata görə, keçən il polisə bildirilən mağazalardan oğurluq hadisəsi rekord qıraraq 1 milyon 100 mini keçib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkədə 33 min 500-dən çox dükan və iş yerinin hüquqları üzərində çalışan ACS Birliyi “2023 Cinayət Hesabatı”nı dərc edib.
Hesabatda İngiltərədə keçən il polisə bildirilən oğurluq hadisələrinin 1 milyon 100 mini keçərək rekord həddə çatdığı ortaya çıxıb.
Dükan sahibləri tərəfindən ən çox oğurlanan əşyaların ət, spirt və qənnadı məmulatları olduğu bildirilən hesabatda qeyd edilir ki, bunlar adətən narkotik və ya alkoqol asılılığı olan və ya daha böyük mütəşəkkil cinayət qruplarının bir hissəsi olan insanlar tərəfindən satıla bilən yüksək qiymətli əşyalardır.
Təxmin edilir ki, “yaşayış dəyəri böhranı” oğurluq hallarının artmasına səbəb olub
Dükan oğurluğunun yüzdə 63-nün təkrar cinayətkarlar tərəfindən törədildiyinə diqqət çəkən hesabatda, müəssisə sahiblərinin yüzdə 79-unun “yaşayış xərcləri böhranının oğurluq hadisələrinin artmasına səbəb olduğunu” düşündüyü bildirilir.
Bazar işçilərinin yüzdə 87-nin şifahi təhqirə məruz qaldığı da ifadə edilən hesabatda iş sahiblərinin törətdikləri cinayətlərin yalnız yüzdə 16-sını polisə bildirdiklərinin təxmin edildiyi vurğulanıb.
Hesabatda biznes sahiblərinin keçən il cinayətin qarşısının alınması üçün tədbirlərə 228 milyon funt sterlinq xərclədiyi də vurğulanıb.
ACS polis qüvvələrini və Britaniya hökumətini pərakəndə cinayətləri ciddi qəbul etməyə və yerli biznesi dəstəkləmək üçün daha çox işlər görməyə çağırıb.