Müxtəlif sektorlarda çalışan işçilərin inflyasiya səviyyəsinin artırılmasını tələb etdikləri tətillər nəticəsində mart ayında 556 min iş saatı itirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bununla da mart ayında ölkədə işsizlik 0,1 faiz artaraq 3,9 faiz təşkil edib.
Məlumata görə, İngiltərədə məşğulluq səviyyəsi mart ayında 0,2 faiz artaraq 75,9 faiz təşkil edib. Bu artım son 3 ayda part-time və öz-özünə işləyən işçilərin sayındakı artımla bağlı olub.
Ölkədə son 12 ayda işsiz olanların sayının artması ilə əlaqədar olaraq mart ayında işsizlik nisbəti 0,1 faiz artaraq 3,9 faiz təşkil edib.
Birinci rübdə orta əmək haqqı artımı 5,8 faiz, müntəzəm əmək haqqı artımı isə 6,7 faiz təşkil edib. Bu nisbət özəl sektorda yüzdə 7, dövlət sektorunda isə yüzdə 5,6 olaraq hesablanıb.
Bu dövrdə inflyasiya nəzərə alınmaqla orta əmək haqqı artımı 3 faiz, normal əmək haqqı artımı isə 2 faiz azalıb.
Bununla yanaşı, Böyük Britaniyada mart ayında inflyasiya 10,1 faiz təşkil edib.