“Instagram” istifadəçilərə ictimai çarxların videolarını yükləməyə imkan verən bir yeniləmə elan edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Instagram” platforması video yükləmə funksiyasını aktivləşdirib.
Bu funksiya hazırda yalnız ABŞ-da mobil cihazlarda və yalnız qeyri-şəxsi hesablarda mövcuddur.
Yüklənmiş videolarda “Instagram”ın loqosu və hesab adının yer alacağı göstərilir.