İordaniyada hərbi helikopter qəzaya uğrayıb, pilot həlak olubbackend

İordaniyada hərbi helikopter qəzaya uğrayıb, pilot həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya ordusu dünən hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanan iki pilotdan birinin öldüyünü açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İordaniya ordusundan verilən məlumata görə, təlim uçuşu zamanı “Kobra” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanan Kral Hərbi Hava Qüvvələrinin üzvü mayor pilot Əli Əhməd Mahmud əl-Harasis ölüb.

Ötən gün təlim uçuşu zamanı hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilotun yaralandığı və Əmmandakı hərbi hospitalda müalicə aldığı bildirilib.