ABŞ Hərbi Dəniz Qüvvələri rəhbərinin səlahiyyətlərini icra edən şəxs bildirib ki, İran Bəhreyni darmadağın edib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri katibinin səlahiyyətlərini icra edən Hun Kao jurnalist R. S. Morqana müsahibəsində bildirib.
Kao İran qüvvələrinin Bəhreyndə yerləşən ABŞ hərbi dəniz bazasına ciddi ziyan vurduğunu açıqlayıb.
Söhbət ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahının yerləşdiyi Naval Support Activity Bahrain bazasından gedir.
Onun sözlərinə görə, bazanın zədələnməsi nəticəsində USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin limana daxil olması üçün imkan qalmayıb.
Kao bildirib ki, gəminin “daxil ola biləcəyi heç bir yer yox idi”.
Qeyd edək ki, Kao ABŞ Hərbi Dəniz Qüvvələri katibi vəzifəsinə daimi təyinat üçün Donald Tramp tərəfindən namizəd göstərilib. Namizədliyə ABŞ Senatı baxmalıdır.
Xuraman Etibarlı
İnterpress.az






