İran hakerlər saytlarda “Xamneyiyə ölüm – Rəcəviyə salam” yazıblarbackend

İran hakerlər saytlarda “Xamneyiyə ölüm – Rəcəviyə salam” yazıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda bəzi rəsmi saytlar kiberhücuma məruz qalıb. Türküstan.az xəbər verir ki,hakerlər saytlarda “Xamneyiyə ölüm – Rəcəviyə salam” qeydi qoyublar.

İran mediası elan edib ki, ölkədəki bəzi rəsmi qurumlara qarşı kiberhücumda hakerlər öz internet saytlarında İran lideri Əli Xamneyi və Xalq Mücahidləri Təşkilatının lideri Meryem Rəcəviyə istinad edərək “Xamneyiyə ölüm – Rəcəviyə salam” qeydi qoyublar.

Hücumdan təsirlənən internet saytlarının tez bir zamanda bağlandığı bildirilib.

Bildirilib ki, sözügedən kiberhücumda Ədliyyə Nazirliyi, Məscid İşləri Mərkəzi və İslam Elmləri Kompüter Araşdırmaları Mərkəzi də daxil olmaqla qurumlar hədəf alınıb.