İran niyə Zəngəzur dəhlizinə qarşıdır? – ŞƏRHbackend

İran niyə Zəngəzur dəhlizinə qarşıdır? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə strateji inteqrasiyanın sürətlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan çoxtərəfli tərəfdaşlıq mühitinin dərinləşməsinə xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi sayəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, yaxşı perspektivlər vəd edir”.

Bu fikirləri Bakupost.az -a politoloq Nurlan Qələndərli deyib.

Münxen qələbəsi tarixi zəfərə aparan yollardan biridir"- Nurlan Qələndərli

Onun sözlərinə görə, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulmasıdır:

“Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, rasional yanaşma və praqmatik davranış ortaya qoymaq lazımdır. Amma biz hazırda bunu bütün region dövlətlərinin timsalında müşahidə etmirik.

Məsələn, İran İslam Respublikasından duyulan siyasi səslər – müxtəlif açıqlamalar, bəyanatlar qonşu ölkənin Azərbaycanın tarixi qələbəsindən, postkonflikt dövrünün reallıqlarından narahat olduğunu göstərir. Yeni situasiya fonunda gələcək proseslərdən kənarda qaldığını düşünərək əməkdaşlıq platformalarına qoşulmaq istəməyən İranın mövqeyi və davranışları həm anlaşılmazdır, həm də öz milli-strateji mənafelərinə ziddir”.

Politoloq qeyd edib ki, İran özünü siyasi qeyri-müəyyənlik şəraitində hiss edir, rasional qərar verə və praqmatik addım ata bilmir:

“Tehrandan verilən açıqlamalar göstərir ki, İran Asiyada hansısa tranzit xətti vasitəsilə Zəngəzur dəhlizinə alternativ marşrutun yaradılmasına ümidlidir. Amma bu, real görünmür və perspektivli deyil. İran nəzərə almalıdır ki, Zəngəzur dəhlizi təhlükəsizdir və faydalı əməkdaşlıq vəd edir. Bu dəhlizin rellaşmasına qarşı çıxmaq “bumeranq” effekti ilə üzləşmək ehtimalını gücləndirir. Yəni belə mövqe İranın geoiqtisadi təcrid vəziyyətinin dərinləşməsinə xidmət edir. Yeni geosiyasi konfiqurasiyadan kənarda qalmaq isə yeni şəraitdə bölgədə siyasi autsayder vəziyyətinə düşmək deməkdir”.