İranın cənub-şərqində sərhəd alayına hücum nəticəsində 1 əsgər həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Seravan şəhərində silahlı terrorçular sərhədi keçməyə çalışırlar.
Hücumdan sonra baş verən qarşıdurmada sərhədçi həyatını itirib.
Sərhəd bölməsinə hücum edən terror qruplaşması ilə bağlı məlumat verilməyib.
Bununla belə, bölgə zaman-zaman ölkədə terror təşkilatı sayılan “Ceyşul Adl” təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalara səhnə olur.