İran və İraq arasında birgə neft və qaz yataqlarının işlənməsinə dair saziş imzalanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bağdada səfər edən İranın neft naziri Cavad Ovci məsələ ilə bağlı İran dövlət televiziyasına danışıb.
İranlı nazir iki ölkə arasında enerji əməkdaşlığını nəzərdə tutan anlaşma memorandumu imzalandığını deyib:
“Qaz və neft boru kəmərlərinin inşası və İraq neft emalı zavodlarının yenidən qurulması və modernləşdirilməsi də iki tərəf arasında əldə olunan razılaşmaların bir hissəsidir”.