İranda dini dəyərləri təhqir edən iki nəfər edam edilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, Sədrullah Fazili Zari və Yusuf Mihrdad adlı şəxslər edam olunub.
Zari və Mihrdadın Məhəmməd peyğəmbəri və müqəddəs dəyərləri təhqir etdiyi, onlarla sosial media hesabı vasitəsilə bu mövzuda aktiv olduqları bildirilib.
Bundan başqa, onun sosial şəbəkədə Zarinin Quranı yandırdığı görüntülərini paylaşdığı açıqlanıb.
Sözügedən iki nəfərə verilən ölüm hökmləri bu gün səhər saatlarında icra edilib.






