İranda 6,5 ​​il müddətinə azadlıqdan məhrum edilən Fransa-İrlandiya vətəndaşı sərbəst buraxılıbbackend

İranda 6,5 ​​il müddətinə azadlıqdan məhrum edilən Fransa-İrlandiya vətəndaşı sərbəst buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda ötən il milli təhlükəsizliklə bağlı müxtəlif ittihamlarla həbs edilən və 6,5 il həbs cəzasına məhkum edilmiş Fransa-İrlandiya ikili vətəndaşı Bernard Phelan-ın azadlığa buraxıldığı bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İranın Dublindəki səfirliyindən verilən açıqlamaya görə, ikili Fransa-İrlandiya vətəndaşlığı olan 64 yaşlı Felan “humanitar əsaslarla” əfv edilib və azad edilib:

“İran və İrlandiya arasında konstruktiv diplomatik münasibətlər İrlandiya vətəndaşı Bernard Felan-ın amnistiyaya məruz qalması və humanitar əsaslarla azadlığa buraxılması ilə nəticələnib”.

Bernard Phelan 2022-ci ilin oktyabrında Məşhəddə Mahsa Emini nümayişləri zamanı “rejim əleyhinə təbliğat aparmaq və təhlükəsizlik qüvvələrinin şəkillərini çəkmək” daxil olmaqla müxtəlif milli təhlükəsizliklə bağlı ittihamlarla həbs edilib.

Felan 6,5 il müddətinə azadlıqdan məhrum edilib.

Ailəsi həbsxanada Felanın səhhətinin pisləşdiyini açıqlamışdı.

Fransa Xarici İşlər Nazirliyi yanvarın 17-də verdiyi açıqlamada Felanın səhhəti və taleyindən narahat olduqlarını və onun dərhal azadlığa buraxılması lazım olduğunu bildirib. Açıqlamada, Felanın dərhal azad edilməsini təmin etmək üçün İranla İrlandiya hökuməti ilə əlaqə saxlandığı bildirilib.