İranda 764 nəfər toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilibbackend

İranda 764 nəfər toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Sistan-Bəlucistan əyalətində son 4 gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 764 nəfərə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Mohibbi bildirib ki, son dörd gündə əyalətin Zabul şəhərlərində toz fırtınasının daşıdığı incə toz səbəbindən 764 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib.

649 nəfərin xəstəxanalardan evə buraxıldığını qeyd edən Mohibbi 115 nəfərin müalicəsinin davam etdiyini bildirib.

Mohibbi toz səbəbiylə 330 adamın xəstəxanaya yerləşdirildiyini, onlardan 57-nin xəstəxanalarda müalicə olunduğunu söyləyib.

Xəstəliyi olan şəxslərdən çölə çıxmamaq istənilib.

Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzinin rəhbəri Əli Mollaşahi həmin gün verdiyi açıqlamada vilayətin şimal bölgələrində toz fırtınasının bazar ertəsinə qədər davam edəcəyini və küləyin sürətinin 100-ə çatacağını proqnozlaşdırdıqlarını bildirib.

Mollaşahi xəbərdarlıq edib ki, havada tozun çox olması səbəbindən ürək və tənəffüs xəstəlikləri olan insanlar çölə çıxmasınlar.