İranda enerji itkisi ildə təxminən 100 milyard dollardırbackend

İranda enerji itkisi ildə təxminən 100 milyard dollardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsində enerji itkisinin təqribən 100 milyard dollar olduğunu bildirib və qənaətə çağırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Qalibaf parlamentdəki çıxışında məsələ ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, Enerji sahəsində ildə təxminən 100 milyard dollar pis istehlakımız var. Bildirib ki, bu çox böyük rəqəmdir və qənaət qərarları xalqın və dövlətin xeyrinə verilməlidir.

Ölkəsinin daha çox enerji istehsal gücünə malik olmadığını dilə gətirən Kalibaf əlavə edib: “Enerji istehlakı səviyyəsini azaltmalıyıq. Məsələ ilə bağlı struktur qərarlar alınmalıdır. Hökumət və Parlament bu mövzuda ortaq anlaşmaya varmalıdır”.

İranda evlərdə istifadə olunan enerjinin dünya ortalamasından 2,5 dəfə çox olduğu bildirilir. Binalarda kifayət qədər istilik izolyasiyasının olmaması və evlərdə istifadə edilən ucuz enerjinin istehlakın artmasına səbəb olduğu bildirilir.