İranda hökumətin əleyhinə ölkə ərazisində tüğyan edən etirazlar səngimək bilmir.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, ötən ilin sentyabr ayından etibarən başlayaraq keçirilən etiraz aksiyaları davam edir.
Gün ərzində ölkənin müxtəlif şəhər və rayonlarında onlarla etiraz aksiyası keçirilir.
Yerli polis etirazçıları yatırmaq üçün gözyaşardıcı qazdan və digər üsullardan istifadə edir.
Polislə aksiya iştirakçıları arasında toqquşmalar da müşahidə olunur. Bu isə itkilərə və ya xəsarətlərə yol açır.
2022-ci ilin sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin həmin ilin sentyabrın 16-da vəfat etməsi hökumətə qarşı etirazlara səbəb olub.
Beləliklə, aksiya səngimədən davam edir.
Aksiya iştirakçıları rejimin getməsinə tələb edirlər.
Onlar bir sıra tələblər irəli sürüblər.