İranda istilik səbəbiylə elektrik istehlakı artıbbackend

İranda istilik səbəbiylə elektrik istehlakı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Energetika Nazirliyinə bağlı İstilik Enerjisi İstehsalı Şirkətinin vitse-prezidenti Nasir İskəndəri bildirib ki, temperaturun artması ilə ölkə daxilində elektrik enerjisi istehlakının artması elektrik stansiyaları və ötürücü xətləri təhlükə qarşısında qoyur.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İran dövlət televiziyasına danışan İsgəndəri ölkədə son günlər elektrik istehlakı ilə bağlı məlumat verib.

İsgəndəri deyib ki, hava istiliyinin artması ilə ölkə daxilində istifadə edilən elektrik enerjisinin miqdarı artaraq 72 min meqavata çatıb və bu vəziyyət elektrik stansiyalarını və nəql xətlərini təhlükə qarşısında qoyur.

İndiyədək elektrik şəbəkəsində heç bir problem olmadığını dilə gətirən İsgəndəri vətəndaşlardan elektrik istehlakını azaltmağı tələb edib.

Son 11 ilin ən isti günlərinin yaşandığı İranda ötən illə müqayisədə 6 min meqavat çox elektrik enerjisi istehlak edildiyi bildirilir.

Elektrik istehlakının dünya ortalamasından yüksək olduğu İranda ötən ilin yay aylarında elektrik enerjisinin tez-tez kəsilməsi sənayeçilərin və ictimaiyyətin reaksiyasına səbəb olub.