İranda növbəti prezident seçkilərinin vaxtı açıqlanıbbackend

İranda növbəti prezident seçkilərinin vaxtı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda növbəti prezident seçkilərinin keçiriləcəyi vaxt açıqlanıb.

İnterpress.az-ın məlumatına görə, İran daxili işlər nazirinin müavini Camal Ürf deyib ki, 13-cü prezident seçkiləri 2021-ci il iyun ayının 18-də keçiriləcək.

O, həmçinin, 11-ci çağırış parlament seçkilərinin ikinci mərhələsinin cari ilin sentyabr ayının 11-də keçiriləcəyini söyləyib.

Parlament seçkilərinin ikinci mərhələsi 9 əyalət və 24 şəhərdə 11 seçki dairəsi üzrə təşkil olunacaq.

“Koronavirus epidemiyasına görə, seçkiyə qatılacaq  namizədlərin seçicilərlə canlı toplantı keçirilməsi qadağan olunacaq”, – deyə o bildirib.

Ürf onu da əlavə edib ki, ölkədə 118 partiya rəsmi qeydiyyatdan keçib.

 

İnterpress.az