İranda qum fırtınası nəticəsində 403 nəfər xəstəxanaya yerləşdirilibbackend

İranda qum fırtınası nəticəsində 403 nəfər xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda qum fırtınası nəticəsində 403 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qeyd edilib ki, küləyin sürətinin 104 kilometrə çatdığı bölgədə havada tozun miqdarında ciddi artım var.

Sistan-Bəlucistan Fövqəladə Hallar Başçısı Mecid Muhibbi deyib ki, 120 günlük küləklər ərzində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 403 nəfər xəstəxanalara müraciət edib. Onlardan 70-i xəstəxanaya yerləşdirilib. 333 nəfər ambulator müalicə alıb.

Bildirilir ki, havada tozun miqdarının artması səbəbindən Zehekdə görmə məsafəsi 500 metrə, Zabulda isə 2 kilometrə qədər azalıb.

Sistan-Bəlucistan əyalətində ötən ay fırtına səbəbindən 6 gündə 1191 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər ölüb.