İranda səngiməyən etirazlar: “Böyük güclər İranın parçalanması fonunda…”backend

İranda səngiməyən etirazlar: “Böyük güclər İranın parçalanması fonunda…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın parçalanması həm Azərbaycan, həm də türk dünyası baxımından önəmli addım ola bilər”.

Bunu 50 günə yaxındır İranda baş verən kütləvi etirazları dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranda baş verən proseslər fonunda bir sıra versiyaların olması qətiləşməyə doğru gedir:

“Bu etiraz aksiyaları fonunda gözləmək mümkündür ki, İranın şimal hissəsində yaşayan Azərbaycan türkləri üç formadan birini qəbul etsin. Bura federal idarə etmə sistemi içərisində böyük əksəriyyət ilə hakimiyyət idarəetməsi, tam müstəqilliyin əldə edilməsi və Cənubi Azərbaycan Respublikasının yaradılması və İrandan ayrılaraq Azərbaycan Respublikasına birləşməsi və bütöv Azərbaycan halına gəlməsi versiyaları daxildir. Əlbəttə, hər üç versiya üzərində ehtimallar mövcuddur. Amma məsələnin digər bir tərəfi beynəlxalq güclərin üçüncü versiyanın reallaşması ilə bağlı hansı reaksiyanı göstərməsidir. Yəni böyük güclər İranın parçalanması fonunda sözügedən ərazilərin Azərbaycana birləşməsinə imkan verəcəklərinə inamın az olmasıdır. Sözsüz ki, burada son söz xalq deyəcək.

Əgər üçüncü versiya olmasa, ikinci versiya da bizim üçün məqbul hesab edilir və onun reallaşması gələcəkdə birləşmə ehtimallarını gücləndirə bilər. Təbii ki, burada da siyasi proseslərin gedişindən çox məsələlər asılıdır. Birinci versiyaya gəldikdə isə bunu son gözlənti kimi dəyərləndirmək olar. Bu isə özlüyündə gələcəkdə müəyyən perspektivlər vəd edə bilər. Hər vəziyyətdə İranın parçalanması həm Azərbaycan, həm də türk dünyası baxımından önəmli addım ola bilər”.