İranın Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində toz fırtınasının daşıdığı toz səbəbilə son üç gündə 330 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Xəstəxanalara aparılan 273 nəfər evə buraxılıb, 57 nəfərin müalicəsinin davam etdirildiyi bildirilib.
Sistan-Bəlucistan vilayətinin şimal bölgələrində toz fırtınasının bazar ertəsi gününə qədər davam edəcəyi və küləyin sürətinin saatda 100 kilometrə çatacağı qeyd olunub.
Xəbərdarlıq edilib ki, ürək və tənəffüs sistemi xəstəlikləri olan insanlar havada tozun çox olması səbəbindən çölə çıxmasınlar.