İranın iqtisadiyyat üzrə vitse-prezidenti Möhsün Rezai istefa verib. Bu barədə Möhsün Rezainin ofisindən bildirilib.
Məlumata görə, o, istefasını İqtisadi Əlaqələndirmə Şurasının katibliyində daimi olması ilə izah edib.
Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İqtisadi Əlaqələndirmə Şurasının uğursuzluğunu tənqid etmişdi.
Məlumata görə, S.Ə.Xamənei Prezident Rəisiyə katibliyin işini təşkil etmək üçün Möhsün Rezainin bu vəzifəyə təyin olunmasını təklif edib.
Bu, əslində gözlənilən idi. Ölkədə davam edən aksiyalar fonunda hökumət və dövlət rəsmilərinin istefa verməsi və ya tutduqları vəzifələrdən kənarlaşdırılması proqnozlaşdırılırdı. Birincisi ona görə ki, hakimiyyət bu addımla özlərinin islahata meyilli olduqlarını göstərməyə və beləliklə etirazların səngiməsinə nail olmaq istəyə bilər. İkincisi, daxildəki gərginlik getdikcə artıq. Bu isə vəzifəli şəxslərin özlərinin könüllü şəkildə istefa verməsinə səbəb ola bilər. Üçüncüsü, M. Rezainin iqtisadi sahə ilə bağlı olması diqqət çəkir. Çünki etirazçıların əsas narazılıqlarından biri də məhz iqtisadi vəziyyətlə bağlıdır.
İranda istefaların bundan sonra da davam edəcəyi istisna deyil. Görünür, aksiyalar tədricən məqsədinə çatır: hakimiyyətdə çatlar yaranır. Hərçənd İran kimi imperialist ənənələrinə malik dövlətlər üçün bir şəxsin istefaya göndərilməsi hələ iqtidarın dəyişiləcəyi kimi başa düşülməməlidir.
Düşünürəm ki, davam edən aksiyalar nəticələri davam edəcək.
Kənan Novruzov
İnterpress.az