İrandan gələn təhlükə ərəb ölkələrini HƏRƏKƏTƏ GƏTİRDİbackend

İrandan gələn təhlükə ərəb ölkələrini HƏRƏKƏTƏ GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ və Qətər HHM sistemlərini təcili gücləndirir.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər İrandan gələn hücumlardan sonra öz hava hücumundan müdafiə (HHM) sistemlərini təcili olaraq gücləndirməyə başlayıblar.

Məlumata görə, hazırda BƏƏ orta mənzilli HHM vasitələri üçün beynəlxalq dəstək axtarışındadır.

Qətərdə isə vəziyyət daha kritikdir. Ölkənin xüsusilə pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə ciddi yardıma ehtiyacı olduğu bildirilir.

Həmçinin qeyd olunur ki, gərginliyin bu templə davam edəcəyi təqdirdə Qətərin sərəncamında olan “Patriot” raketlərinin ehtiyatı cəmi dörd gün ərzində tükənə bilər.

Ekspertlər hesab edirlər ki, Körfəz ölkələrinin müdafiə sistemlərindəki bu boşluqlar regionda təhlükəsizlik risklərini daha da artırır.

Xuraman Etibarlı

İnterpress.az