İranın cənub-qərbində 4,6 bal gücündə zəlzələ baş veribbackend

İranın cənub-qərbində 4,6 bal gücündə zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənub-qərbindəki Fars əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.

İnterpress.az xəbər verir ki, episentri Fars əyalətində olan 4,6 bal gücündə zəlzələ yerli vaxtla saat 19.28-də qeydə alınıb.

Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.

Zəlzələdən sonra dağıntı və itkilərin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Fevralın 21 və 22-də əyalətin Dorz kəndində 5,2 və 5,5 bal gücündə zəlzələlər baş verib.