İranın qərbində terrorçular zərərsizləşdirildibackend

İranın qərbində terrorçular zərərsizləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın qərbində, Kürdüstan ostanında terrorçular zərərsizləşdirilib.

İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, İnqilab Keşikçiləri Ordusu bu barədə yazılı açıqlama verib:

“Bu həftə Kamyaran və Mərivan şəhərlərində rejim əleyhinə terror qruplarına qarşı iki uğurlu əməliyyatda üç terrorçu öldürülüb və üç təşkilat üzvü yaralanıb. Yaralılardan biri təhlükəsizlik qüvvələri tərəfindən tutulub”.

Əməliyyatlarda çox sayda silah, sursat və rabitə cihazı ələ keçirildiyi, tutulan təşkilat üzvünün xarici ölkə vətəndaşı olduğu bildirilib.

İran tərəfində insan itkisinin olub-olmadığı, eyni zamanda, terrorçuların hansı təşkilata üzv olduqları barədə heç bir məlumat verilmir.

İnterpress.az