İranın uran mərkəzi tikmək qərarı MAQATE-yə qanuni cavabdır – Qalibaf – FOTObackend

İranın uran mərkəzi tikmək qərarı MAQATE-yə qanuni cavabdır – Qalibaf – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin sədri İranın yeni uranın zənginləşdirilməsi mərkəzi tikmək qərarını “qanuni cavab” adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Qalibaf X hesabında yazıb.

Qalibaf İranın qabaqcıl avadanlıqla yeni uranın zənginləşdirilməsi mərkəzi tikmək qərarını “qanuni cavab” adlandırıb.

“Rəhbərlər Şurasının qərəzli qərarı MAQATE ilə əməkdaşlığın əks-məhsuldar olduğunu sübut edir. İslam Respublikası bu izafiliyə qarşı qətiyyətli əks tədbirlər görəcək.

Mütərəqqi avadanlıqların alınması, yeni mərkəzin işə salınması və monitorinqin azaldılması qarşılıqlı əlaqə yolunun pozulmasına qanuni cavabdır”, – o yazıb.

Xuraman Etibarlı

İnterpress.az