Ağdamdan dünyaya Azərbaycan MESAJI – Tənzilə Rüstəmxanlı yazırbackend

Ağdamdan dünyaya Azərbaycan MESAJI – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başlayıb. Yollar çəkilib, çəkilir, infrastrukturlar yaradılıb, yaradılır, su elektrik stansiyaları fəaliyyətə başlayıb, kəndlər, şəhərlər yenidən qurulur. Bu proses Zəfərin davamıdır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri də zəfərlə başa çatacaq. Zəfərin 5-ci ilini də bu ovqatla yaşayırıq – Azərbaycan naminə, azərbaycançılıq naminə…

media-img-20250302-wa0052-300x200

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa, Xocalı və Ağdam rayonlarına növbəti səfəri ölkəmizin bu bölgələrdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin ardıcıl, planlı şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir. Məhz mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə cənab Prezidentin Ağdama səfəri, rayonun Kəngərli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir.

2020-ci il 8 noyabrda Şuşanın azad olunması xəbərini, ata vəsiyyətini yerinə yetirən Komandan kimi səfərinin simvolik tarixi ilə də cənab Prezident tarixi varislik prinsipini bir daha təsdiqlədi. Bu səfərdə işğaldan azad edilən ərazilərimizdə infrastrukturun yenidən qurulması, yaşayış sahələrinin yaradılması ilə yanaşı, düşmənin yerlə-yeksan etdiyi mədəni, tarixi irsimizin bərpasının da diqqətdə saxlandığının şahidi olduq. Şuşa rayonunun Daşaltı kənd məscidinin və Ağdam Muğam Mərkəzinin açılışı da bunun təsdiqidir.

Əlbəttə ki, bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu – işğal altında qalmış torpaqlarımızın azad olunması məramı ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq, Qarabağ öz yeni həyatına qovuşacaqdır.

“Böyük Qayıdış” Qarabağa əbədi xoşbəxtlik gətirəcək. Prezident cənab İlham Əliyevin “Qarabağı cənnətə çevirəcəyik” ifadəsi çox yaxın bir zamanda böyük layihə və işlər sayəsində Qarabağımızın gözəlliyinə gözəllik qatacaqdır. Heç kim bizi bu dinc, sülhpərvər fəaliyyətimizdən ayıra bilməz. Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayan nankor qonşumuz Ermənistan isə özünün təcavüzkar siyasəti üzündən mağmun vəziyyətə düşüb, bütün regional layihələrdən təcrid olunub. Hazırda bu ölkədə siyasi, sosial və iqtisadi böhran fəlakət həddinə çatıb və zaman işğalçıya heç bir uğurlu perspektiv vəd etmir.

Revanşist çıxışlarından əl çəkməyən erməni “başbilənlər” günün reallıqlarını dərk etmir və postmüharibə mərhələsində Azərbaycanın regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən təşəbbüs və təkliflərini sanki görməzdən gəlirlər. Amma bu proses qarşısıalınmazdır və əvvəlki səfərlər kimi, zəngin açılışlarla yanaşı, Ali Baş Komandanın tarixi mesaj və bəyanatları ilə yadda qaldı. Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışında qəti olaraq bəyan etdi ki, yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur. Bu Azərbaycanın haqlı mövqeyinin dünyaya qətiyyətlə ifadəsi idi.