İrəvanda oteldə əl-ayağı bağlanmış xarici vətəndaşın cəsədi tapılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistanın paytaxtı İrəvanın Nork rayonunda yerləşən “Regineh” otel kompleksində dəhşətli qətl hadisəsi qeydə alınıb.
Otelin ikinci mərtəbəsindəki otaqlardan birində əlləri, ayaqları və ağzı yapışqan lentlə bağlanmış xarici ölkə vətəndaşının cansız bədəni aşkarlanıb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına iyulun 15-i saat 19:00 radələrində məlumat daxil olub.
Faktla bağlı istintaq şöbəsi tərəfindən dərhal “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda polis və müstəntiqlər qətlə yetirilən şəxsin şəxsiyyətini və hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Xuraman Etibarlı
İnterpress.аz






